Onlar da Rusiya bazarından getdi

Onlar da Rusiya bazarından getdi
331 dəfə oxunub
  • A-
  • A
  • A+

"Guess", "Adidas", "Balenciaga", "Dolce & Gabbana", "Davidoff", "Gucci", "Hugo Boss", "Marc Jacobs", "Bottega Veneta", "Burberry", "Calvin Klein", "Miu Miu", "Tiffany & Co", "Max Factor", "Bourjois" kimi kosmetik brendlərin daxil olduğu "Coty" kosmetik brendi, "Rimmel", "CoverGirl" və başqaları Rusiyadakı fəaliyyətini dayandırıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi hücumu olub. Bu barədə “Reuters” şirkəti bəyanat yayıb.

"Coty" şirkəti belə qənaətə gəlib ki, Rusiya bazarından geri çəkilmə şirkətin 2022-ci il üçün gəlir proqnozlarına təsir etməyəcək: ötən ilin sonunda qrupun satışlarının təxminən 3%-i Rusiyanın payına düşür.

Qeyd edək ki, bundan əvvəl bir çox Qərb brendləri, o cümlədən Zara, H&M, Uniqlo, L'Occitane, L'Oreal və başqaları ictimai-siyasi vəziyyətə görə Rusiyadan ayrıldıqlarını, keçən həftə isə "Essity" (brendlər Zewa, Libresse, Libero) elan etmişdilər.