Amerikalı aktyor Endrü Qarfild aktyorluq karyerasına fasilə verməyi planlaşdırır.
Axşam.az xəbər verir ki, bu barədə aktyor "Variety" jurnalına müsahibəsində deyib. O, “Cənnət bayrağı altında” serialına çəkildikdən sonra fasilə vermək qərarına gəlib:
“Bir az dincələcəyəm. Sadəcə bir müddət kim olduğumu, nə istədiyimi düşünmək və bəzi şeyləri gözdən keçirtmək üçün adi insan olmağa ehtiyacım var”.