Şotlandiyalı 51 yaşlı məşhur aktyor Yuen Makreqor 37 yaşlı amerikalı aktrisa sevgilisi Meri Elizabet Uinstedlə gizlicə ailə qurub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toyu Los-Ancelesdəki malikanələrində olub. Açıq havada keçirilən məclisdə məşhurların yalnız yaxınları və doğmaları olmaqla cəmi 60 nəfər iştirak edib.
Qeyd edək ki, Yuen və Merinin ötən il oğlu dünyaya gəlib. Makreqorun bundan əvvəlki nikahından 4 qızı var.