Rusiyanın Birinci kanalı «Сегодня вечером» verilişinin aparıcısı, şoumen Maksim Qalkini başqa biri ilə əvəzləyib.
Axşam.az xəbər verir ki, bu barədə "Комсомольская правда" məlumat yayıb. Proqramın aparıcılığı Xalq artisti Nikolay Tsiskaridzeyə həvalə olunub. Nikolay verilişin mayda yayımlanmalı olan bayram buraxılışlarında izləyicilərin qarşısına çıxacaq.
Onun şounun daimi aparıcısı olub-olmayacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, Nikolayla Maksin yaxın dost olub. Şoumen hazırda həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə İsraildə yaşayır. Onun sözügedən kanalda daha bir layihəsi - “Лучше всех” adlı uşaq şousu da var.