Türkiyədə yayımlanan "Yalı çapkını" serialının heyətində dəyişiklik ediləcək.
Axşam.az xəbər verir ki, ekran işinə eyni yayım şirkətinin bir başqa yeni layihəsi olan "Ömer" serialından iki obraz qonaq aktyor kimi qatılacaq. Belə ki, aktyorlar Barış Falay (Reşat) və Selahattin Paşalı (Ömer) serialın növbəti bölümlərində izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Afra Saraçoğlu ilə Mert Ramazan canlandırır.