Fevralın 4-də Sofiyada “Kainat xanımı” müsabiqəsinin finalı keçirilib.
Axşam.az xəbər verir ki, yarışma tarixində bir ilk yaşanıb. 2007-ci ildən keçirilən yarışda ilk dəfə rusiyalı xanım bu titula layiq görülüb. Müsabiqədə İjevskdən olan 34 yaşlı Yelena Maksimova 119 ölkədən olan iştirakçılar arasında birinci olub.
Qeyd edək ki, bir neçə dəfə bu cür titul alan Yelena üç ali təhsillidir, dil mərkəzinin direktoru işləyir və iki uşaq anasıdır.