“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeyts baba olacaq.
Axşam.az xəbər verir ki, iş adamının Nael Nassarla evli olan böyük qızı Cenniferin övladı dünyaya gəlib. O, körpəsinin fotolarını sosial media hesabında paylaşıb. Cennifer uşağın cinsiyyəti və adı ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, cütlük 2021-ci ildə ailə qurub. Qeyts özü isə həmin ərəfələrdə 27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanıb.

