Almaniyalı məşhur aktyor Haynz Baumann vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 95 illik yubileyindən bir neçə həftə sonra yuxuda olarkən dünyasını dəyişib.
Qeyd edək ki, Baumann xüsusilə aktyor-detektiv kimi tanınırdı. O, "Adelheid və onun sahibi", "Sоkо 5113" kimi filmlərdəki obrazlarıyla məşhurlaşıb.