Özündən 45 yaş kiçik sevgilisindən altıncı övladı oldu

Özündən 45 yaş kiçik sevgilisindən altıncı övladı oldu
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

82 yaşlı dizayner Roberto Kavallinin altıncı övladı olub.

Axşam.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Bildirilib ki, 400 milyon funt-sterlinqdən çox sərvəti olan italyan dizaynerin 37 yaşlı sevgilisi Sandra Nilssondan oğlu dünyaya gəlib.

Qeyd edək ki, cütlük 2014-cü ildən münasibətdədir. Robertonun Sandraya Stokholmdan təxminən 50 mil şərqdə yerləşən 2,2 milyon funt-sterlinq dəyərində Stora Rullingen adasını verdiyi deyilir.

Dizaynerin iki evliliyindən beş övladı var.