Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
759 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailli aktyor, müğənni və illüstrator Çaim Topol vəfat edib

Axşam.az xəbər verir ki, aktyor bu gün 87 yaşında dünyasını dəyişib. Ölüm ərəfəsində aktyorun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi məlum olsa da, hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, Topol “Damdakı skripkaçı” filmdəki "Tevye" obrazı ilə tanınıb. Film səkkiz dəfə "Oskar" mükafatına namizəd olub və üç dəfə qazanıb. Topol "Ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatını alıb və "Oskar"a da eyni kateqoriyada namizəd olub. O, "Sallah Şabati" adlı ekran işindəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. 40-dan çox layihədə rol alan aktyor kino karyerasını 1998-ci ildə başa vurub.