Xəbər verdiyimiz kimi, türkiyəli aparıcı Burcu Esmersoy üçüncü dəfə nikah masasına oturmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, aparıcının uzun müddətdir eşq yaşadığı Nazım Akmandillə İtaliyada nikah masasına əyləşəcəyi ortaya çıxıb. Toyun aprelin 1-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Burcu 2019-cu ildə iş adamı Berk Suyabatmazdan boşanıb.