Türkiyəli müğənni-aktrisa Defne Samyeli ötən gün paparatsilərin obyektivinə tuş gəlib.
Axşam.az xəbər verir ki, ifaçının musiqiçi Çağrı Telkıvıranla birlikdə olması diqqət çəkib. Bəlli olub ki, ikili artıq 10 gündür münasibətdədir.
Cütlük məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Defne hazırda "Aldatmak" serialında rol alır. Çağrı isə daha əvvəl aktrisalar Aslı Bekiroğlu və Biran Damla Yılmazla münasibətdə olub.
