Əlibaba Məmmədovun xatirə gecəsi keçiriləcək

Əlibaba Məmmədovun xatirə gecəsi keçiriləcək
929 dəfə oxunub
  • A-
  • A
  • A+

Muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun martın 29-da xatirə gecəsi keçiriləcək.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, konsert proqramı Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı və Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi İbayev, eləcə də digər xanəndələrin ifası ilə davam edəcək.

Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək.

Qeyd edək ki, Əlibaba Məmmədov ötən ilin fevralında 92 yaşında dünyasını dəyişib.