Türkiyəli aktrisa Aslıhan Günerin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa “Zübeyde analar oğullar” filmində baş rollardan birini ifa edəcək. O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zübeydə xanımın həyatından bəhs edən ekran işində onun gəncliyinə həyat verəcək.
Qeyd edək ki, Aslıhan sonuncu dəfə "Atatürk" serialında rol alıb. Ekran işi 2023-cü ildə yayımlanacaq.
