Pike evlənir

Pike evlənir
1545 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikenin evlənməyə hazırlaşdığı iddia edilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələr Pike ilə yeni sevgilisi Klara Çiananın toyla bağlı planlar qurduqlarını açıqlayıb.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Hazırda Klaranın hamilə olduğu deyilir.