Culiya Foksun ailə üzvləri həbs edildi

Culiya Foksun ailə üzvləri həbs edildi
829 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-York polisi amerikalı məşhur aktrisa və model Culiya Foksun atasını və qardaşını həbs edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Tomas Foks və oğlu Kristofer Foks Upper İst Sayddakı mənzillərində saxlanılıblar.

Onlar silah və qadağan olunmuş maddələr saxlamaqda şübhəli bilinirlər.

Bundan əlavə, polis onların mənzilində seriya nömrələri olmayan odlu silah hazırlamaq üçün istifadə edilə bilən 3D printerlər tapıb.