Diş ucbatından məhkəməlik oldular

Diş ucbatından məhkəməlik oldular
1237 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model Demet Şener 4 il əvvəl boşandığı keçmiş basketbolçu İbrahim Kutluay ilə yenidən məhkəməlik olub. 

Axşam.az xəbər verir ki, Şener Kutluayın razılıqlı boşanma protokoluna zidd davranaraq, oğlu Ömerin diş müalicəsini ödəmədiyini iddia edib. O, 50 min 342 lirə 59 qəpik təzminat istəyir.

Kutluayın etirazından sonra icra dayandırıldıqdan sonra, Şener yenidən vəkili vasitəsiylə məhkəməyə üz tutub. Kutluayın vəkili iddiaları rədd edib. İlk məhkəmədə tərəflər razılığa gəlməyib.

Hakim əksikliklər olduğu üçün məhkəməni başqa vaxta təxirə salıb.