Xəbər verdiyimiz kimi, aktrisa Afra Saraçoğlundan ayrılan aktyor Mert Yazıcıoğlunun həmkarı Dilan Çiçek Denizlə münasibətdə olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı ilk dəfə danışan Dilan haqlarında çıxan şayiələri təsdiqləyib.
"Hazırda tanışlıq mərhələsindəyik" deyə., aktrisa məsələyə qısa şərh verib.
Qeyd edək ki, Afranın hazırda rol aldığı "Yalı çapkını" serialındakı tərəf müqabili Mert Ramazanla münasibətdə olduğu iddia edilib. Bundan sonra o, Yazıcıoğlu ilə 4 illik münasibətlərini sonlandırıb.
Dilan isə bir müddət əvvəl nişanlısı, islandiyalı rejissor Thor Saevarssondan ayrılıb.