"Klon" teleserialının "Lukas"ı canlandıran Murilio Benisio və "Hade" obrazına həyat verən Covanna Antonella 20 ildən sonra sözügedən ekran işindəki səhnəni təkrarlayıblar.
Axşam.az xəbər verir ki, serialın ulduzu kamera qarşısına keçərək "Hade"nin "Lukas" üçün layihədə canlandırdığı rəqs səhnəsini nümayiş edib.
Lakin bu dəfə Covanna üstünə milli rəqs geyimi əvəzinə mətbəx əşyalarını bağlayıb. Video sosial media izləyiciləri tərəfindən gülüşlə qarşılanıb.