60 ildən sonra “Oskar”da ilk yaşanacaq

60 ildən sonra “Oskar”da ilk yaşanacaq
814 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 13-də Los-Ancelesin Dolbi Teatrında keçiriləcək 95-ci “Oskar” mükafatlandırma mərasimində 60 ildən sonra ilk yaşanacaq.

Axşam.az xəbər verir ki, gecədə məşhurlar qırmızı yox, şampan rəngli xalça üzərində yeriyəcək.

Dəyişikliyin mükafatın son illər itirdiyi reytinqi qazanmaq, ictimaiyyətin diqqətini cəlb etmək üçün atıldığı güman edilib. Bu il mərasimdə aparıcılıq edəcək amerikalı komediya ustası Cimmi Kimmel məsələyə zarafatla yanaşaraq bildirib ki, qırmızı xalçanın yeni rəngi bu dəfə tədbirin qan tökülmədən keçiriləcəyinə işarədir.

Qeyd edək ki,ötən il Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasında gərginlik yaşanıb. Aktyor aparıcıya həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatına görə şillə vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub. Nəticədə Smit bir çox qadağa ilə rastlaşmalı olub.

Bu il mükafata namizəd olanların siyahısı ilə buradan tanış ola bilərsiniz.