“Chanel”in mərhum kreativ direktoru, dizayner Karl Laqerfeldin həyatı serial olacaq.
Axşam.az xəbər verir ki, "Disney" tərəfindən ekranlaşdırılacaq layihədə dizayneri aktyor Daniel Brühl canlandıracaq. 6 bölümdən ibarət olan ekran işində Laqerfeldin 1972-ci ildən sonrakı yaşamı, yaradıcıllığı və şəxsi həyatı lentə alınacaq. Serialın nə vaxt təqdim olunacağı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, 1933-cü ildə doğulan dizayner əvvəlcə “Fendi”nin dəb evində çalışıb, daha sonra 1983-cü ildə “Chanel”in kreaitv direktoru vəzifəsinə keçib.
Pişiyi Şopetə duyduğu eşqi ilə tanınan Laqerfeldin ölümündən sonra 200 milyon dollarlıq mirasını ona vəsiyyət etdiyi iddia edilmişdi.
