Yenidən məhkəməlik oldular

Yenidən məhkəməlik oldular
826 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model Demet Şener 4 il öncə boşandığı keçmiş basketbolçu həyat yoldaşı İbrahim Kutluayla yenidən məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şenər basketbolçunun razılıq yolu ilə boşanma protokoluna uyğun hərəkət etmədiyini bildirib.

O, Kutkuayın oğulları Ömərin diş müalicəsinin ödənişini etmədiyini iddia edərək, 50 min lirə tələb edir.