Rusiyalı müğənni Zemfira uzun müddətdən sonra yeni mahnısını təqdim edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, "PODNHA" adlı mahnıda barışmaz şəkildə vətəndaş mövqeyini ifadə edən sənətçinin fikirləri dövlət qulluqçularının diqqətini çəkib.
Deputatlar Zemfiranın Rusiyadakı bütün əmlakından məhrum edilməsi tələbi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət göndəriblər.
Onlar sənətçinin iki avtomobilinin, Moskvada, Xoroşevski rayonunda və Başqırdıstandakı evlərinin müsadirə olunmasını istəyirlər.