İlk "Oskar"ını alan məşhur aktyor kövrəldi - Video

İlk "Oskar"ını alan məşhur aktyor kövrəldi - Video
685 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər veridiyimiz kimi, bu il "Oskar"da "Ən yaxşı aktyor" adına məşhur amerikalı aktyor Brendan Ceyms Freyzer layiq görülüb.

Axşam.az xəbər verir ki, bu, aktyorun 30 illik karyerası dövründə ilk "Oskar"ı olub.

Freyzer çıxışı zamanı duyğulanıb:

"Bu işə 30 il əvvəl başlamışam. Bu heç də mənə asan başa gəlmədi. O vaxt qiymətləndirmədim. Sadəcə olaraq bu etirafa görə təşəkkür etmək istədim".

O, sonda sözügedən obrazının yaradıcılarına təşəkkür edib.

Qeyd edək ki, “Mumiya” və “Cəngəllikdən olan Corc” filmlərinin 54 yaşlı ulduzu bir müddət karyerasına fasilə verib və sonuncu dəfə "Balina" filmindəki rolu ilə ekranlara qayıdaraq müxtəlif mükafatları eyni anda alıb.

Onu da qeyd edək ki, sözügedən obraz üçün aktyor 270 kiloqram kökəlməli olub və çəkiliş əsnasında 170 kiloqramlıq kostyum geyinib.