"Zübeyde analar oğullar" filmində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bacı Makbule xanımı canlandıracaq aktrisa bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, obraza aktrisa Sitarə Akbaş həyat verəcək. Atatürkü Alican Yücesoy, anası Zübeydə xanımı isə Aslıhan Güner canlandıracaq.
Layihədə Ülviyə Karaca, Emre Kinay, Devrim Nas, Ayberk Aladar, Vilma Elles, Ece Baykal, Turqay Tanülkü kimi aktyorlar da yer alacaqlar.
Qeyd edək ki, ekran işi 2023-cü ildə yayımlanacaq.
