Hollivud ulduzu Sandra Bullok uzun aradan sonra obyektivlərə tuş gəlib.
Axşam.az xəbər verir ki, karyerasına ara verdiyini açıqlayan aktrisa sonuncu dəfə ötən ilin martında qırmızı xalçada görünüb.
Sandra "Oskar"dan əvvəl keçirilən şənlikdə Demi Mur və Brendan Freyzer kimi məşhurlarla əylənərkən görüntülənib.

