Eks-həyat yoldaşı ilə qarşılaşmamaq üçün tədbirdən qaçdı

Eks-həyat yoldaşı ilə qarşılaşmamaq üçün tədbirdən qaçdı
566 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar" mükafatının təqdimetmə mərasiminə qatılanlar arasında Hollivud ulduzu Nikol Kidman və həyat yoldaşı, müğənni Kit Urban da olub.

Axşam.az xəbər verir ki, “Daily Mail” nəşri bu səbəbdən aktrisanın keçmiş həyat yoldaşı, aktyor Tom Kruzun tədbirə gəlmədiyini iddia edib. Bildirilib ki, mərasimdən əvvəl təşkil olunan şam yeməyində iştirak edən Kruz Kidmanla qarşılaşmamaq üçün tədbirə qatılmayıb.

Qeyd edək ki, Kidman və Kruz 1990-cı ildə tanış olublar. Qısa zamanda evlənən cütlüyün iki övladlığa götürülmüş övladı var: Konnor və İzabella. İkili 2001-ci ildə boşanıb.