Məşhur aktrisaya qarşı dələduzluq

Məşhur aktrisaya qarşı dələduzluq
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hazal Türesan dələduzluğun qurbanı olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü bank işçisi kimi təqdim edən Alperen Şanlıtürk aktrisaya zəng edərək vəfat edən atasının 100 min lirə sığorta borcu olduğunu bildirib.

Tüseran isə bankdan 100 min lirə kredit götürərək, həmin şəxsin hesabına pulu keçirib. Bir müddət sonra aldadıldığını anlayan aktrisa prokurorluğa şikayət edib.

A.Şanlıtürkün 4 ildən 10 ilə kimi həbsi tələb olunur.