Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, ötən gün teatrda səhnə alan aktyorun vəziyyəti pisləşib. Haluk təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Aktyorun təzyiq problemi yaşadığı bildirilib.