Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları vasitəsilə "Türkiyə tək ürək" adlı ortaq yayımda zərərçəkənlər üçün 115 milyard 146 milyon 528 min lirə (10 milyard manatdan çox) toplanıb.
Axşam.az xəbər verir ki, canlı yayıma qoşularaq ianə etdiyini açıqlayan kampaniya iştirakçılarından çoxunun hələ də yardımı lazım olan hesaba yükləmədiyi ortaya çıxıb.
Belə ki, 74 milyard 118 milyon 164 min lirə (6 milyard manatdan çox) hələ də hesaba köçürülməyib.