Həbsdə olan pradüserin məhkəməsində dəyişiklik

Həbsdə olan pradüserin məhkəməsində dəyişiklik
425 dəfə oxunub
  • A-
  • A
  • A+

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin məhkəmə işində dəyişiklik olub.

Axşam.az xəbər verir ki, pradüser yeddi ittihamın üçünə görə mühakimə olunmayacaq. “The Variety”nin məlumatına görə, hakim Liza Lehn onun barəsində irəli sürülən 7 ittihamdan 3-nü rədd edib.

Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir. 

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Ona ilk olaraq 23 il, daha sonra isə əlavə 16 il həbs cəzası verilib