Pikedən Şakiranın xəyanətlə bağlı mahnılarına ilk reaksiya

Pikedən Şakiranın xəyanətlə bağlı mahnılarına ilk reaksiya
1282 dəfə oxunub
  • A-
  • A
  • A+

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike, eks sevgilisi, dünya şöhrətli müğənni Şakiranın onun xəyanətinə işarə edən mahnılar ifa etməsinə ilk dəfə münasibət bildirib.

Axşam.az xəbər verir ki, İspaniyanın "RAC1" radiosunun efirində Pikedən Şakiranın yeni mahnılarını dinləyib-dinləmədiyini soruşublar. O, əvvəlcə bu suala cavab vermək istəməsə də, daha sonra səssizliyini övladlarına görə qoruduğunu deyib:

“Bizim məsuliyyətimiz var: valideynlər övladlarını qorumalıdırlar. Hər kəs özü qərarını verir. Bu haqda danışmaq istəmirəm. Sadəcə övladlarımın yaxşı olmasını istəyirəm. Uşaqlarımla həmişə yaxın münasibətim olub. Heç bir şey məni onların xoşbəxtliyindən daha çox sevindirə bilməz”.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Hazırda Pike ilə sevgili olan Klara Çiananın hamilə olduğu deyilir.