Rza Zərraba görə bu mahnıları daha oxumayacaq

Rza Zərraba görə bu mahnıları daha oxumayacaq
2679 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla arasındakı məhkəmə davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni söz və musiqisi Rza Zərraba məxsus "Sadece sevdim" və "Ölümsüz aşklar" mahnılarını repertuarından birdəfəlik çıxarıb.

Buna səbəb isə sənətçinin Zərrabın mahnıları səsləndirməməsi haqda xəbərdarlıq göndərəcəyini öncədən öyrənməsi olub. 

Qeyd edək ki, cütlük övladının vəlayəti üçün məhkəməlik olub.