Rusiyanın Xalq artisti Mixail Boyarski səhhətindəki problemlərə görə teatrdakı karyerasını bitirmək istəyir.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı sənətçinin səhhətinin pisləşməsinə səbəb iki il əvvəl keçirdiyi koronavirus xəstəliyi olub.
Aktyorda hazırda da xəstəliyin fəsadları müşahidə edilməkdədir.
Qeyd edək ki, bir müddət əvvəl artıq səhnədə çətinliklə hərəkət etdiyini və oxuya bilmədiyini bildirmişdi.