Vatsap növbəti funksiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Artıq mesencerdə səsli statuslar yerləşdirmək mümkündür. Bunun üçün status bölməsinə daxil olmaq və orada peyda olan qələm işarəsinə sıxmaq lazımdır. Bu zaman ekranda mikrofon düyməsi əks olunacaq. Səsli ismarıclarınızı yazmaq üçün isə 30 saniyə vaxtınız olacaq.
Qeyd edək ki, yenilik hazırda "iOS"un 23.3.77 versiyasında aktivdir.