Pınar Denizdən sərt reaksiya - "Toplanan pullar haradadır?"

Pınar Denizdən sərt reaksiya - "Toplanan pullar haradadır?"
1210 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları vasitəsilə "Türkiyə tək ürək" adlı ortaq yayımda zərərçəkənlər üçün toplanan 115 milyard 146 milyon 528 min lirənin (10 milyard manatdan çox) bir qismi hələ də ianə edilməyib.

Axşam.az xəbər verir ki, məsələyə münasibət bildirənlərdən biri də aktrisa Pınar Deniz olub. Yayım gecəsində iştirak edən aktrisa yığılan pulların harada olduğu ilə bağlı sual ünvanlayıb:

"Toplanan pullar haradadır? Biz niyə o gecənin ortağı olduq? Həqiqətən artıq bezdim".

Qeyd edək ki, 74 milyard 118 milyon 164 min lirə (6 milyard manatdan çox) hələ də hesaba köçürülməyib.