Anasını qətlə yetirən musiqiçi həbsdə öldü

Anasını qətlə yetirən musiqiçi həbsdə öldü
1007 dəfə oxunub
  • A-
  • A
  • A+

Həbsdə olan təbilçi Cim Qordon vəfat edib.

Axşam.az xəbər verir ki, kəskin şizofreniya diaqnozu qoyulan musiqiçi 77 yaşında həbsxanada dünyasını dəyişib.

Qeyd edək ki, Qordon 1983-cü ildə anası Osa Mari Qordonı qətlə yetirib. Musiqiçi məhkəmədə bildirib ki, qulağına bunu etməsi üçün səslər gəlib. Şizofreniyadan əziyyət çəkən Qordon 16 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.

10 dəfə şərti azadlığa çıxması ilə bağlı müraciətlərinə imtina gələn təbilçi son olaraq cəzasını tibb və psixiatriya həbsxanası olan Kaliforniya Tibb Müəssisəsində çəkib.

O, "Layla" hiti ilə məşhurluq qazanıb.