Corcina ilk dəfə ölən oğlundan danışıb ağladı - Video

Corcina ilk dəfə ölən oğlundan danışıb ağladı - Video
2106 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges onun haqqında çəkilən "Mən Corcinayam" adlı sənədli filmdə həyatı ilə bağlı bəzi etiraflar edib.

Axşam.az xəbər verir  ki, o, ötən il doğulan əkiz övladlarından, oğlunun vəfatından danışarkən gözyaşlarını saxlaya bilməyib:

"Həyatımı 40 milyondan çox insan izləyir, amma heç kim həqiqətən necə hiss etdiyimdən xəbərdar deyil. Bu il həyatımın həm yaxşı, həm də pis günləri olub. Həyat çətindir, ancaq davam edir. Yaşamaq üçün güclü səbəblərim var. Kris məni çox cəsarətləndirir. Mənə həyatın davam etdiyini bildirərək təsəlli edir. İndi mənim öncəliyim ailəm və uşaqlarımdır. Sonsuz xoşbəxtəm və buna görə ona çox minnətdaram". 

Qeyd edək ki, sözügedən film martın 24-də təqdim olunacaq.