Türkiyəli müğənni Ufuk Beydemir prodüseri Engin Akıncıdan şikayətçi olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beydemir aralarındakı müqavilənin vaxtının bitsə də prodüserin onun əsərləri vasitəsi ilə qazanc əldə eydiyini bildirib:
"2022-ci ildən bəri mənə ödəniş olunmur. Şəxsi bəstələrimlə məndən çox pul qazanması böyük haqsızlıqdır".
Qeyd edək ki, müğənnilər Kalbenlə Mabel Matiz də E.Akıncını məhkəməyə vermişdi.