"Yasak elma"dan qalmaqallı şəkildə ayrılıbmış

"Yasak elma"dan qalmaqallı şəkildə ayrılıbmış
2384 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Bekir Aksoy "Yasak elma" serialından qalmaqallı şəkildə ayrıldığını açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əqrəb sancması ilə ölərək seriala vida edən aktyor "2 sayfa" verilişində bu barədə danışıb:

"Ölüm forması mənə çox yersiz gəldi. Əqrəbin İstanbulun göbəyində gəlib məni sancması, ölməyim çox yersizdir. Bunu bildirərək şirkətlə də münaqişəmiz oldu. Bu şəkildə ölməyim həm mənə, həm də seriala haqsızlıqdır".

Qeyd edək ki, aktyor "Engin" obrazına həyat verirdi.