Cennerlə qalmaqalından sonra Selena rekorda imza atıb

Cennerlə qalmaqalından sonra Selena rekorda imza atıb
1454 dəfə oxunub
  • A-
  • A
  • A+

30 yaşlı müğənni Selena Qomez "İnstaqram kraliçası" titulunu qorumağa davam edir.

Axşam.az xəbər verir ki, bir ay əvvəl sosial şəbəkədə ən populyar qadın titulunu Kayli Cennerdən (382 milyon abunəçi) alan ifaçının abunəçilərinin sayı 400 milyonu keçib.

Selenanın bu göstəriciyə Heyli Biber və Kayli Cennerlə qalmaqaldan sonra sahib olduğu bildirilib. 

Qeyd edək ki, Selena 2017-ci ildə açıqlamasında profilini köməkçisinin idarə etdiyini, özünün parolu belə bilmədiyini açıqlamışdı. İndi isə o, artıq instaqram hesabını özünün idarə etdiyini bildirib.

İnstaqramda ən çox izləyicisi olan məşhur kişi isə futbolçu Kriştian Ronaldodur. Onun 562 milyon abunəçisi var.