"Evdə tək"in ulduzunun ikinci övladı oldu

"Evdə tək"in ulduzunun ikinci övladı oldu
3231 dəfə oxunub
  • A-
  • A
  • A+

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin ikinci övladı olub.

Axşam.az xəbər verir ki, aktyoun 3 ay əvvəl körpəsinin dünyaya gəldiyi ortaya çıxıb. Makoleyin 5 ildir münasibətdə olduğu həmkarı Brenda Sonqadan oğlu olub.

Qeyd edək ki, ikili 2017-ci ildə "Taylandda bakalavr partisi" filminin çəkiliş meydançasında tanış olub və görüşməyə başlayıblar.

Cütlüyün bundan başqa daha bir oğlu var. Uşağa Makoleyin avtomobil qəzasında ölən bacısının şərəfinə Dakota adı verilib.

Makoley ilk dəfə 17 yaşında aktrisa Reyçel Miner ilə ailə həyatı qurub. Onlar dörd ildən sonra boşanıb. Onun yaxın zamanlarda Brenda ilə ailə quracağı gözlənilir.