Elvis Preslinin ailəsində miras qalmaqalı

Elvis Preslinin ailəsində miras qalmaqalı
1244 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum müğənni Elvis Presli ailə üzvləri arasındakı qalmaqal bitmək bilmir.

Axşam.az xəbər verir ki, rok-n-roll kralının yeganə övladı, 54 yaşlı Liza Marinin qəfil ölümünün səbəbləri ilə bağlı şayiələr səngiyən kimi ulduzun yaxınları dedi-qodular yayıb. İndi müğənninin qızına vəsiyyət etdiyi milyonluq mirası kimin alacağı danışılır.

Qeyd edək ki, hər şey 1993-cü ildə, 25 yaşlı Liza Marinin atasının vəsiyyətinə əsasən, əlavə olaraq 100 milyon dollar və məşhur "Graceland" mülkü alması ilə başladı. Sonra qız anası Priscilla, eləcə də biznes meneceri Barry Siegeli ortağı elan etdi. Ancaq 2016-cı ildə o, fikrini dəyişdi və ölümündən sonra dörd övladının mirasa sahib olmasını vəsiyyət etdi. Onun Rayli, Ben (o, 2020-ci ildə intihar edib), həmçinin 14 yaşlı əkiz övladları Harper və Finley var.

İndi isə anası Priscilla bu dəyişikliklərdən xəbərdar olmadığını deyib. Üstəlik, o, onları etibarsız hesab edir və bunu məhkəmədə sübut etmək niyyətindədir. O iddia edib ki, qızının adından təqdim edilən məktub onun əlyazısı ilə uyğun gəlmir. Rayli Liza Marinin dəfnindən cəmi dörd gün sonra sevimli nənəsinin belə qətiyyətli addımından şoka düşüb.