Puqaçova Meladze haqda şayiələrə son qoydu

Puqaçova Meladze haqda şayiələrə son qoydu
1713 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Alla Puqaçova Valeriy Meladzenin İsraildəki konserti ilə bağlı söz-söhbətə son qoyub.

Axşam.az xəbər verir ki, Meladzenin İsraildəki konsertində zalın boş olduğu, tamaşaçıların gəlmədiyi ilə bağlı məlumat yayılmışdı. Alla isə konsertdə iştirak etdiyini bildirərək, gecədən video yayımlayıb.

Puqaçova konsertin yaxşı keçdiyini, zalın isə dolu olduğunu vurğulayıb. O, eyni zamanda Meladze haqqında şayiə yayan şou əhlini tənqid edib:

"Valeri Meladzenin İsraildəki “uğursuz” konsertləri haqqında danışan yalançıları qınayıram. Bayram idi. Valerinin ifasında Konstantin Meladzenin mahnıları gözəl idi".