Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu haqda "The sun" nəşri məlumat yayıb. Polis aktyoru martın 16-da Londondakı "King's Cross" stansiyasının yaxınlığında huşsuz vəziyyətdə tapıb və oradan təcili xəstəxanaya yerləşdirilib.
Həkimlər onun beynin fəaliyyətini dayandırdığını deyiblər. Martın 19-da aktyorun bağlı olduğu aparatlar söndürülüb.
Qeyd edək ki, Pol Qrantın spirtli içki və narkotik aludəçisi olub. Müsahibələrinin birində hətta bütün qazancını bu işə xərclədiyini bildirib. "Mən bütün gün və ya ay içə bilərəm, amma buna aludə deyiləm" deyə, o, söyləyib.
Pol "Ulduz döyüşləri" və "Harri Potter və Fəlsəfə Daşı" filmlərində rol alıb.
