İftara bunları hazırlaya bilərsiniz

İftara bunları hazırlaya bilərsiniz
2573 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Ramazan ayının birinci günüdür. 

Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:

Lobya şorbası

Ərzaqlar:

2 stəkan quru lobya

2 ədəd soğan

2 x.q əridilmiş kərə yağı

1 x.q tomat pastası

5 st qaynadılmış su

Duz, istiot zövqə görə

Hazırlanması:

Lobyanı axşamdan yuyub, suda səhərə kimi saxlayın. Səhər suyu süzüb üzərinə su əlavə edib, qaynadın. Yumşaldıqdan sonra götürüb kənara qoyun və əzin. Soğanı xırda doğrayıb kərə yağında qovurun. Üzərinə lobyanı əlavə edin. 2 dəqiqə qovurduqdan sonra suyu əlavə edin. Qaynayana yaxın içinə alça qurusu ata bilərsiniz. Sonra blenderdən keçirib süfrəyə verin. 

Tavada maraş

Ərzaqlar:

500 qr. quzu əti
1 kq. badımcan
2 ədəd soğan
6 diş sarımsaq
4 ədəd acı yaşıl bibər
3 ədəd pomidor

Sous üçün:

1,5 yemək qaşığı pomitor pastası
1 çay qaşığı qırmızı bibər
1 armudu stəkan su 
4 yemək qaşığı duru yağ

Hazırlanması:

Əti xırda doğrayın. Badımcan, pomidor, bibər və soğanı xırda doğrayın. Sobaya qoyacağınız qabın içinə əvvəlcə əti, sonra sıra ilə soğanları, sarımsağı, badımcanı, pomidoru və bibərləri düzün. 

Ardından tomat pastası, zeytun yağı, bibəri, duz və suyu qatışdırıb sous hazırlayın. Yeməyin üzərinə tökün. Sobaya qoyub 200 dərəcədə 1 saat bişirin. Sobaya qoymazdan əvvəl üzərinə falqa çəkin. 

Çizkeyk

Ərzaq:
Peçenye – 300 qr.
Kərə yağı – 150 qr.

İç üçün:
Maskarpone pendiri – 500 qr.
Qaymaq – 200 qr.
Şəkər tozu – 150 qr.
Jelatin – 20 qr.

Hazırlanması:
Jelatini 100 ml. soyuq suya töküb, bir saat saxlayın. Peçenyeləri blenderdə əzib, üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırıb, dərin qaba yayın. Kənarda jelatini vam odda qaynayana qədər saxlayın. Qaymağa şəkər tozu töküb, mikserlə möhkəm çalın. Üzərinə maskarpone pendirini əlavə edib qarışdırın. Sonra ilıq halda olan jelatini tökün. Qarışığı peçenyenin üstünə əlavə edib, 3-4 saat soyuducuda saxladıqdan sonra süfrəyə verin. Süfrəyə verərkən üzərinə istədiyiniz meyvə dilimləri yerləşdirə bilərsiniz.