Rusiyanın tanınmış repçisi Alişer Morqenştern və bloger dostu Danya Miloxin qəzaya düşüblər.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Taylandın Bang Tao çimərliyinin ərazisində olub.
Dostlar skuterdə gedərkən idarəetməni itirərək yerli sakinlərdən birinin maşınına çırpılıblar. Qəza zamanı sükan arxasında kimin olduğu məlum olmasa da, bloger və reperin xəsarət almadığı üzə çıxıb.