"Mən bu cihana sığmazam" serialında rol alan aktrisa Burcu Binici boşanıb.
Axşam.az xəbər verir ki, sentyabrda nikah masasına əyləşən aktrisa reper həyat yoldaşı Tankurt Manasda rəsmi şəkildə ayrılıb. İkilinin ötən həftə qarşılıqlı razılaşma ilə boşandığı bildirilib.
Qeyd edək ki, daha əvvəl çıxan iddialarda reperin Burcuya xəyanət etdiyi deyilirdi. Bundan əlavə, Tankurtun borclarını və toyda alınan qızılların pulunu da B.Biniciyə ödətdiyi ortaya çıxıb.