"Meta" şirkətinin rəhbəri Mark Zukerberqin üçüncü övladı dünyaya gəlib.
Axşam.az xəbər verir ki, bu barədə Mark özü feysbuk səhifəsində yazıb.
Övladının fotolarını izləyiciləriylə bölüşən Zukerberq paylaşımına "Kiçik bir nemət" sözlərini yazıb.
O, qızına Aureliya adını verib.
Qeyd edək ki, Zukerberq və Pristilla Çanla evlidir. Cütlük 2003-cü ildə tanış olsa da, 9 il sonra ailə qurub. Onların iki qızı da var.
