Ancelina Coli milyarderin varisi ilə görüntüləndi

Ancelina Coli milyarderin varisi ilə görüntüləndi
1575 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli bu dəfə milyarder ailəsindən olan eko-aktivist, 44 yaşlı Devid Mayer de Rotşilt ilə görüntülənib.

Axşam.az xəbər verir ki, cütlük restoranlardan birində oturub, saatlarla söhbət edib. Məkandan xoşbəxt halda çıxan Colini paparatsilər görüntüləyib.

Devid 2010-cu ildə plastik şüşələrdən hazırlanmış "Plastik" adlı katamaranında San-Fransiskodan Sidneyə səyahət edərkən şöhrət qazanıb. Belə ki, iş adamı ictimaiyyətin diqqətini okeanların çirklənməsi probleminə cəlb etməyə çalışıb. O, Rotşilt sərvətinin varisidir. 

Devidin şəxsi həyatına gəlincə, o, uzun müddət aktrisa Karina Deyko ilə münasibətdə olub. O, həmçinin Kameron Diaz və model Annabel Horsey eşq yaşayıb.